Ukraynanın itkilərinin SON STATİSTİKASI
Rusiya müharibənin 565-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 467 təyyarəsi, 248 helikopteri, 6628 PUA-sı, 437 zenit-raket kompleksi, 11 779 tank və digər zirehli texnikası, 1149 reaktiv yaylım atəş sistemi, 6331 artilleriya və minaatanı, 12 905 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.