Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Taxıl sazişi” ilə bağlı şərtlər və təkliflər AÇIQLANDI

“Taxıl sazişi”:    Putin şərtini açıqladı
“Qərb Rusiyanı “Taxıl sazişi”nin humanitar xarakter daşıması ilə bağlı aldadıb”.
Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya “Taxıl sazişi”ni bərpa etməyə hazırdır:
“Rusiyanın kənd təsərrüfatı məhsullarına qoyulan qadağa aradan götürülən kimi saziş bərpa olunacaq. Rusiya “Taxıl sazişi”nin reanimasiyasına hazır olacaq və bütün qeyd olunan razılaşmalar yerinə yetirilən kimi bunu edəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, BMT vasitəsi ilə Rusiyaya təqdim edilən yeni təkliflər paketi “Taxıl sazişi”ni bərpa edə bilər. Onun sözlərinə görə, saziş qlobal böhranının qarşısını almaqda önəmli rol oynayıb.
“Taxıl sazişi” məsələsində Ukraynanın Rusiya ilə birgə addımların atılması üçün mövqeyini yumşaltması lazımdır. Ən vacib məsələlərdən biri Ukrayna taxılının ixracatıdır, lakin Afrikanın yoxsul ölkələrinin payı daha çox olmalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam