Aİ rəsmiləri İrəvanda -FOTO
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Aİ-nin ölkədəki missiyasının başçısı Markus Ritter İrəvanda qeyri-rəsmi görüş keçiriblər.
Yenixeber.org: Bu barədə məlumatı Aİ-nin Ermənistandakı missiyası “X” (tviter) hesabında paylaşım edib.
Bildirilir ki, tərəflər görüş zamanı regional hadisələr, eləcə də Aİ-nin bölgədə sülh prosesinin dəstəklənməsi ilə bağlı səyləri barəsində fikir və məlumat mübadiləsi həyata keçiriblər.
Xatırladaq ki, Toivo Klaar İrəvana səfəri çərçivəsində Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla danışıqlar aparıb.