Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bakıda usta həbsxana rəisinə etiraz edərək ölüm aclığına başladı: ağzını tikdi… -FOTO

Nahid Eyvazov ölkə rəhbərliyindən kömək istəyir

Yenixeber.org: Sosial şəbəkələrdə 8 saylı cəzaçəkmə müəssisəsində ağzını tikərək aclıq aksiyası keçirdiyi bildirilən məhbusun videogörüntüləri yayılıb.

Həmin görüntülərdə şəxs bildirir ki, müəssisənin rəisi Azər Seyidovun özbaşınalıqlarına etiraz olaraq, ölüm aclığı keçirmək qərarına gəlib.

Bu məqsədlə də qidadan və sudan imtina edərək ağzını tikib.

Videonu aclıq aksiyasının 3-cü günü yaydığını deyir:

Mən ustayam, müəssisədəki sexdə işləyirdim. Pulumu kəsdi. Uşaqlarım ac qalıb. Ailəm kirayə pulunu verə bilmir. Azər Seyidov mənə qarşı haqsızlıqlar elədi. 4 ay qanunla, hüquqla danışdım, alınmadı. Axırda məcbur oldum, ölüm aclığına başladım. Ağzımı tikmişəm. Üç gündür, nə yemək yeyirəm, nə su içirəm…”.

Meydan TV dəqiqləşdirib ki, ağzını tikən şəxs Nahid Qədir oğlu Eyvazovdur.

O, videogörüntülərdə Prezident İlham Əliyev, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov, Ombudsman Səbinə Əliyevaya da müraciət edərək kömək istəyib.

Nahid Eyvazov. Foto: screenshot

Onun fikrincə, Mirsaleh Seyidovun həmin cəzaçəkmə müəssisəsində baş verənlərdən xəbəri olsa, operativ şəkildə qarşısını alar:

“Mirsaleh Seyidovun xəbəri yoxdur, yoxsa imkan verməz. O bilmir ki, burada başıma bu oyunları gətirirlər. Yoxsa belə şeylərə heç vaxt göz yummaz. Ona da xəbər eləyə bilmirəm…”.

Nahid Eyvazov əlavə edib ki, aclıq və sussuzluq onu taqətdən salıb, ağzını tikməsi dözülməz ağrılar verir.

“Allahdan ölüm istəyirəm ki, bu ağrıları hiss eləməyim. Halsız vəziyyətdəyəm. Cənab prezident, siz bu dövlətin rəhbərisiniz. Sizin humanizminizdən sui-istifadə edirlər. Buna imkan verməyin. Xahiş edirəm, mənə, ailəmə kömək edin…”.

Cəzaçəkmə müəssisəsində məhbusun ağzını tikərək aclıq etməsinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-nin telefonlarına cavab verən olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam