Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Separatçıların rəhbərliyi arasında Azərbaycanla əməkdaşlıq etmək istəyi artır

David Galstyan

Qarabağda erməni əhalinin yaşadığı hissədəki müxalifətyönlü dairələrdən gələn məlumatlara görə, separatçıların rəhbərliyi arasında Azərbaycanla əməkdaşlıq etmək istəyi artır. Ancaq bu istəyin əhalidən gizlədildiyi bildirilir. Bəziləri hesab edirlər ki, hakim komanda xalqı Azərbaycanla inteqrasiya səylərinə sövq etmək üçün humanitar böhranı qəsdən daha da ağırlaşdırır.

Yenixeber.org: Qondarma parlamentin "Ədalət" fraksiyasının üzvü David Qalstyan iddia edir ki, hazırkı rəhbərlik, o cümlədən "Qarabağ prezidenti" adlanan Araik Arutyunyan məsuliyyətli dövlət idarəçiliyindən daha çox biznes maraqlarına diqqət yetirir. Qalstyan onları addım-addım Azərbaycana güzəştə getməkdə, Ağdam yolundan qazanc imkanı kimi istifadə etməkdə günahlandırır.

Qalstyan hazırkı rəhbərliyin kənarlaşdırılmasına çağırır və hesab edir ki,  onların hərəkətləri regionu Azərbaycanın tələblərini qəbul etməyə doğru aparır.

İnqilab Partiyasının rəhbəri və qarabağlı müxalifətçi Artur Osipyan daha uzağa gedərək rəhbərliyi "satqınlar" adlandırır və güman edir ki,  bəzi şəxslər münaqişə zamanı öz hərəkətlərinə görə Azərbaycandan amnistiyaya nail olmaq istəyir.   O, Xocalı soyqırımında əli olmaqda ittiham olunan Vitali Balasanyanı göstərir. Deyilənə görə, onun Ağdamda Azərbaycanla apardığı danışıqlar heç bir nəticə verməyib.

Osipyan yüklərin və sərnişinlərin daşınması üçün yolun açılması tələbilə Qarabağ ermənilərinin Laçın nəzarət-buraxılış məntəqəsinə kütləvi yürüşünü təşkil etməyə hazırdır.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam