Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

 Zelenski Ərdoğanla TƏCİLİ əlaqə saxladı -Putini qəzəbləndirən TƏKLİF

Ukrayna prezidenti Volodimir Zelenski xalqa gündəlik müraciətində Rusiyanın Taxıl Sazişini dayandırması ilə bağlı açıqlamalar verib.

Yenixeber.org: Zelenski heç kimin heç bir xalqın ərzaq təhlükəsizliyini pozmağa haqqı olmadığını deyib.

"Keçən il Rusiyanın ərzaq təhlükəsizliyinə təhdidləri qarşısında dünya düzgün addım atdı və biz Türkiyə və BMT ilə Qara Dəniz Taxıl Təşəbbüsünə başladıq. Bu təşəbbüsün nəticələri olduqca təsir edicidir. 45 ölkəyə təqribən 33 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu məbləğin 60 faizi Afrika və Asiya ölkələrinə gedib. Qara Dəniz Taxıl Təşəbbüsü Rusiyasız fəaliyyət göstərə bilər və davam etməlidir. Taxıl ixracı ilə bağlı müqavilə - bu, Türkiyə və BMT ilə müqavilədir - qüvvədə qalır. İndi lazım olan tək şey bu razılaşmanın diqqətlə həyata keçirilməsi və dünyanın terror dövlətinə qətiyyətlə təzyiq göstərməsidir" - Ukrayna lideri bildirib.

Zelenski üçtərəfli formatda təşəbbüsün davam etdirilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Quterreşə rəsmi məktublar göndərdiyini deyib:

"Davam etmək üçün Türkiyə prezidenti Ərdoğan və BMT-nin baş katibi Quterreşə rəsmi məktublar göndərdik. Qara Dəniz Taxıl Təşəbbüsü və ya oxşar üçtərəfli formatda təklif etdim. Ukrayna BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər".

Kreml Zelenskinin təklifinə bəyanatla cavab verib.

Taxıl dəhlizinin müvafiq təhlükəsizlik təminatları olmadan davam etdiriləcəyi təqdirdə “müəyyən risklərin” yaranacağını vurğulayan Kreml Ukraynanı taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov taxıl müqaviləsindən ayrılmaları ilə bağlı tənqidlərə cavab verərək, Rusiyanın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini vurğulayıb: "Taxıl mövzusunda Afrika ölkələri ilə təmasdayıq, məsələ Rusiya-Afrika sammitində müzakirə olunacaq".(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam