Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu -VİDEO

 

Lənkəran Dövlət Universiteti konfransların təşkil olunması üzrə tender keçirib.

Yenixeber.org: Tenderin qalibi “Ukrayna Ticarət Evi” MMC olub. 32gun.az xəbər verir ki, tərəflər arasında 56.793,4 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Satınalınacaq xidmət və avadanlıqlar arasında kofe-breyk, konfrans üçün xüsusi qələm, səhər yeməyi (50 nəfərlik), günorta yeməyi (65 nəfərlik), banket (65 nəfər), konfrans üçün lövhə (1.2x3), LDU loqolu blaknot və çanta və s. yer alır.

32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, qalib şirkətin böyük vergi borcu var – 170394.12 AZN.

Həmçinin səyyar vergi yoxlamaları nəticəsində 1.149.678,42 AZN əlavə vergi və 700.217,03 AZN maliyyə sanksiyası tətbiq olunub. Qalib şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi Fuad Məhərrəmov Rövşən oğludur.

Mediada gedən məlumatlara görə, Şirkət deputat Əlibala Məhərrəmzadəyə məxsusdur.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovdur(32gun.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam