Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Antiterror əməliyyatı başlayır, qorxuya düşən Arik xəbər göndərdi:Bakı ilə dialoqa hazırıq

Xankəndidə separatçılar çıxılmaz duruma düşdüklərinin fərqindədirlər. Qondarma qurumun “rəhbərləri” bir həftə ərzində saldıqları haray-həşirin heç kim tərəfindən eşidilmədiyini görüncə, geri addım atıblar.

Yenixeber.org: Baş separatçı Araik Arutunyan bildirib ki, Bakı ilə dialoqa hazırdırlar.

Amma o, şərt irəli sürüb. Bildirib ki, dialoq ABŞ-ın yox, Rusiyanın vasitəçiliyi ilə olmalıdır.

Araik bu şərti irəli sürməklə, əslində saman çöpündən yapışıb. Onun bu şərti irəli sürməkdə məqsədi nədir? ABŞ “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər” deməklə, bölgədə separatizmə yer olmadığını açıq şəkildə bəyan edib.

Təbii ki, Araik belə məqamda ABŞ-dan mədəd ummağın mənasız olduğunu anlayır. Ona görə də, rusların vasitəçiliyini təklif edir.

Azərbaycanın isə mövqeyi bəllidir: Heç bir vasitəçi olmadan öz vətəndaşları ilə təmas qurur və ermənilərin reinteqrasiyasını həyata keçirir.

Araikin bu açıqlaması onu göstərir ki, Azərbaycanın antiterror əməliyyatına başlayacağını bilirlər. Beynəlxalq ictimaiyyət də bu məsələdə haqlı olan Azərbaycanın yanında olacaq. Separatçılar halqanın tam daraldığının fərqindədirlər. Bu, onların son çırpıntısıdır, ya Bakının şərtini qəbul edəcəklər, ya da antirerror əməliyyatı ilə məhv ediləcəklər.//Publika.az//


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam