“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin hələ ki, heç kimlə əlaqəyə çıxmır”.

Yenixeber.org: Bu açıqlama ilə Y. Priqojinin mətbuat xidməti Rusiya mətbuatının sorğusuna cavabında çıxış edib.

“Yevgeni Priqojin hamını salamlayır, normal əlaqə yarananda bütün suallara cavab verəcəyini deyir”, - mətbuat xidmətindən qeyd olunub.

Mətbuat xidməti həmçinin qeyd edir ki, Y.Priqojini sonuncu dəfə iyunun 24-də Rostov-Donda avtomobildə gedərkən görüblər.

“Hazırda isə onun harada olduğu bilinmir” – Y.Priqojinin mətbuat xidmətinin məlumatında bildirilir.(RTVI)