Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Gədəbəydə əhalinin etiraz etdiyi işləri “AzərGold” QSC aparır? -AÇIQLAMA

 

Ötən gün Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma yaşanıb. Münaqişəyə səbəb isə Gədəbəyin Söyüdlü kəndində sianid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı olub.

Yenixeber.org: İddialar həqiqəti əks etdirirsə, sianid zəhərli maddədir. Belə ki, qızıl yatağından filiz götürülür, üyüdülür və sonra sianid məhlulu ilə qızıl torpaqdan ayrılır. İstifadə edilən sianidli su gölə (vanna) yığılıb çökdürüləndən sonra yenidən istifadə olunur. Sianid xüsusən heyvanlar və quşların kütləvi məhvinə səbəb olur.

Gədəbəy və Daşkəsən rayonunun sakinləri mal-qaranın, vəhşi heyvanların və quşların kütləvi şəkildə zəhərlənməsinin şahidi olduqlarını iddia edirlər. Söyüdlü kəndinin camaatı özlərinin, övladlarının sağlamlığına real təhlükə olduğuna görə narahatdır.

Bəs görəsən, kənd sakinlərinin narahatlığı əsaslıdırmı? Sözügedən ərazidə görüləcək işlər insanların sağlamlığına, mal-qaranın və təsərrüfatın məhv olmasına risk amili kimi qiymətləndirilə bilərmi?

Bu və digər suallara cavab tapmaq üçün aidiyyəti qurumlara müvafiq sorğular ünvanlayıb.

“AzərGold” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Gədəbəy rayonu Söyüdlü kəndindəki hadisələrlə QSC-nin heç bir əlaqəsi yoxdur:

“Ora ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkətinin məsuliyyət zonasıdır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin iyunun 9-da yaydığı məlumata əsasən isə sosial şəbəkələrdə Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı yayılan məlumatlar yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov mətbuata açıqlamasında bildirib ki, xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib:

“Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib.

Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır.

Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam