Redaktor seçimi
Günün xəbəri

Peskovun da oğlu "Vaqner"çi çıxdı -FOTO

Kremlin sözçüsü Dmitri Peskovun oğlu 33 yaşlı Nikolay Peskov Ukraynadakı müharibədə "Vaqner"in tərkibində xidmət etdiyini deyib.

Yenixeber.org: O, “Komsomolskaya Pravda”ya müsahibəsində Ukraynadakı müharibədə öz təşəbbüsü ilə iştirak etdiyini bildirib.

Nikolay Peskov soyadını qismən dəyişməli olduğunu təsdiqləyib.

“Bunu öz vəzifəm hesab edirdim. Sadəcə iştirak etməli idim, orada olan hər kəsə kömək etməli idim. Mən kənarda oturub dostların və başqa insanların ora getməsinə baxa bilməzdim”, - o əlavə edib.

Peskov atasının onu dəstəklədiyini söyləyib.

Qeyd edək ki, Nikolay Peskov 1990-cı ildə Moskvada anadan olub və SSRİ-nin dağılmasından sonra anası ilə birlikdə Böyük Britaniyaya köçüb və 10 il orada yaşayıb. O, vaxtaşırı ögey atasının soyadını istifadə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam