Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

"Azərtac" Agentliyinin keçmiş əməkdaşı intihara cəhd edib -SƏBƏB

Aygün Əliyeva

"Azərtac" Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva fevralın 27-də səhər saatlarında intihara cəhd edib

Yenixeber.org: Bu barədə redaksiyamıza onun yaxınları bildiriblər. Hazırda o, 1 saylı Kliniki Tibbi Mərkəzinin Təcili Yardım şöbəsindədir.

Hadisəyə səbəb Ali Məhkəmənin Aygün Əliyevanın hüquqlarını pozması olub. Jurnalist 2021-ci ildə sosial şəbəkələrdə tənqidi statuslarına görə işdən çıxarılıb. Həmin vaxtdan etibarən hüquqlarını məhkəmələrdə bərpa etməyə çalışıb.

2021-ci ilin mart-aprel aylarında Bakının Nəsimi Rayon Məhkəməsi onun şikayətini təmin etməyib. Əliyevanın verdiyi apellyasiya şikayətinə 2021-ci ilin may ayında baxılıb və qərar qüvvədə saxlanılıb. 2022-ci ilin sentyabrında Ali Məhkəmə bu qərarı ləğv edib və işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Aygün Əliyevanın işə bərpa olunması və ona təzminat ödənilməsi haqqında qərar qəbul edib. Amma digər tərəf kassasiya şikayəti verib və yanvarın 25-də Ali Məhkəmə işi apellyasiya instansiyasına qaytarmaq barədə qərar qəbul edib.

Fevralın 26-da məlum olub ki, məlum olub ki, jurnalistin xeyrinə verilmiş qərar ləğv edilib və elektron məhkəmə sisteminə keçmiş tarixlə - 25 yanvar tarixi ilə yüklənib, deyə vəkil Bəhruz Bayramov bildirib.

Kassasiya şikayətini jurnalisti işdən çıxaran "Azərtac"ın rəhbəri Aslan Aslanov verib. Tezliklə o özü də vəzifədən azad edilib. "Agentliyin yeni rəhbəri Vüqar Əliyev bir neçə dəfə Aygün Əliyeva ilə əlaqə saxlayıb, işdən çıxarılması haqqında əmri ləğv etməyi təklif edib, amma onu işə bərpa etməyə və təzminat ödəməyə razılaşmayıb.

Jurnalist bərpa olunmasında israr etmirdi, amma 2,5 il məcburi olaraq işsiz qaldığı üçün təzminat ödənilməsini tələb edib. Agentliyin rəhbəri bununla razılaşmayıb, öz sələfinin səhvini ödəmək məcburiyyətində olmadığını bildirib, deyə vəkil qeyd edib.

"Azərtac"ın rəhbəri Vüqar əliyev Turan-ın müxbirinin bu işlə bağlı suallarına cavab verməkdən imtina edib və deyib ki, "bu, məndən əvvəl baş verib. Mən barışıq təklif etdim, amma alınmadı". 

Ali Məhkəmədən və "Azərtac"ın keçmiş rəhbəri Aslan Aslanovdan şərh almaq mümkün olmayıb. 

1 saylı Kliniki Tibbi Mərkəzindən Turan-a bildiriblər ki, hazırda Aygün Əliyevanın vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.

Xatırladaq ki, Aygün Əliyevanın problemləri bələdiyyələrin fəaliyyətini tənq edən status dərc etməsindən sonra başlayıb. O, öz profilində belə bir ifadə yazmışdı: "Mən niyə gedib səs verməliyəm? Bir zibil qutusu belə qoymayıblar". Bundan sonra ondan açıqlama yazmağı tələb ediblər. "Cavab verdim ki, dövlət başçısı belə bələdiyyələrin fəaliyyətini tənqid edir, bunda nə var ki? Amma mənə dedilər ki, bu Prezident Administrasiyasının tələbidir".

2020-ci il avqustun 3-də Əliyeva işdən çıxarılıb. O, işdən çıxmaq haqqında ərizə yazmaqdan imtina edib.

"Bu qız dövlət əleyhinə çağırışlar, bələdiyyələrin fəaliyyəti haqqında statuslar yazır, biz bunu yanvarda sizə demişdik, amma siz onu işdən çıxarmadınız, indi isə çıxarmalısınız", guya Prezident Administrasiyasının nümayəndəsi "Azərtac"ın rəhbərliyinə belə deyib.

Ərizə yazmaqdan imtina etdikdən sonra onu öhdəliklərini icra etmədiyinə görə işdən çıxarıblar. 

Jurnalist Nəsimi Rayon Məhkəməsinə müraciət edib, məhkəmə iddianı təmin etməyib. "Məhkəmədən açıq şəkildə bildiriblər ki, məni işdən çıxarmalarının səbəblərindən biri Facebook-da yazdığım statuslardır. Məhkəmədə mənə dedilər ki, mən dövlət əleyhinə məqalələr yazıram. Belə ki, agentliyin rəhbərliyi məhkəməyə göndərdiyi məktubda qeyd edib ki, mənim işdən çıxarılmağım haqqında tapşırıq Prezident Administrasiyasından verilib.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam