Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bayden Kiyevə belə gəlib -DETALLAR

Baydenin Kiyevə gözlənilməz səfərinin detalları məlum oldu

ABŞ Prezidenti Co Baydenin dünən Ukraynanın paytaxtı Kiyevə gözlənilmədən səfər etməsinin təfərrüatları məlum olub.

Yenixeber.org: Baydenin səfəri məxfi qaydada hazırlanıb.

Hətta Ağ Ev və Pentaqonun bir çox nümayəndəsi də səfərdən xəbərsiz olub. 

Agentlik yazır ki, Bayden səfər barədə yekun qərarı fevralın 17-si verib: “Co Baydenin təyyarəsi ilk olaraq Vaşinqtondan ABŞ-nin Almaniyadakı Ramştayn aviabazasına gəlib, daha sonra isə buradan Polşanın Jeşuva şəhərinə uçub. ABŞ lideri buradan isə qatarla Kiyevə yollanıb və yerli vaxtla səhər 08:00-da Ukrayna paytaxtına çatıb”.

Təyyarədə isə Prezidentlə yanaşı onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və iki jurnalist olub. 

Sallivanın sözlərinə görə, ABŞ Co Baydenin Kiyevə səfərindən bir neçə saat əvvəl Rusiyanı bu barədə məlumatlandırıb. Burada məqsəd isə, hər hansı mübahisəli vəziyyətin yaranmasının qarşısını almaq olub. 

Xatırladaq ki, Bayden fevralın 20-si gözlənilmədən Kiyevə səfər edib, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.(“Bloomberg”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam