Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Münasibətlər qarşılıqlı ittihamdan o tərəfə keçə bilməz” – Sallivanın açıqlaması nəyə işarədir?

“Münasibətlər qarşılıqlı ittihamdan o tərəfə keçə bilməz” – Sallivanın açıqlaması nəyə işarədir? – ÖZƏL

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Rusiya NATO ölkələrindən hər hansı birinə hücum etsə, o zaman Alyans buna səssiz qalmayacaq və lazımı addım atacaq. Hazırda Qərb tərəfindən Ukraynaya hərbi və humanitar yardımın tranzit rolunu oynayan Polşa vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, o zaman Rusiyanın bu ölkəyə qarşı aqresiyasını başa düşmək çətin deyil. Polşa isə NATO ölkəsidir və Sallivanın fikirlərinə inansaq, o zaman Rusiyanın bura hücumu Alyansın Kremlə qarşı müharibəyə başlaması ilə nəticələnə bilər. Bəs Rusiyanın Polşaya hücumu nə dərəcədə realdır?  

Yenixeber.org: Mövzunu politoloq Yusif Bağırzadə şərh edib. O bildirib ki, müharibənin başlamasına əsas səbəb məhz Ukraynanın NATO-ya üzv qəbul edilməsi məsələsinin müzakirə olunması idi. Yəni Rusiya bilirdi ki, Ukrayna NATO-ya daxil olsa, bu zaman rəsmi Kiyev Krımı azad etmək istiqamətində hərəkətə keçəcək və Alyansı Moskva ilə  qarşı-qarşıya qoyacaq: “Ona görə də Rusiya Ukraynanı NATO-ya daxil olmazdan öncə ilhaq etmək qərarına gəldi. Bundan sonra isə başda ABŞ olmaqla NATO-ya üzv dövlətlər münaqişəyə aktiv şəkildə qatılmayacaqlarına dair bəyanat yaydılar. ABŞ-ın Polşaya məxsus təyyarələri öz hava limanı vasitəsilə Ukraynaya göndərməkdən imtina etməsi, eləcə də Polşanın buna razılıq verməməsi onu göstərir ki, NATO, ABŞ və Avropa İttifaqına daxil olan ölkələr birbaşa və açıq şəkildə Rusiya ilə münaqişəyə getmək istəmirlər”.

Tezliklə şuşalılar öz doğma yurdlarına qayıdacaqlar- Yusif Bağırzadə - "İki sahil"

Politoloq əlavə edib ki, bu gün Polşa sərhədlərindən istifadə etməklə bir çox dövlətlər Ukraynaya yardım edirlər: “Polşadakı hərbi bazalarda Ukrayna hərbiçiləri müəyyən hazırlıqlar keçirlər. Eyni zamanda oradan Ukraynaya silah daşıyırlar. Rusiya bütün bunları gördüyü üçün çalışır ki, sərhədləri bağlasın və Ukraynanı təcrid etsin. Çünki Rusiya Kiyevə böyük hücum planlayır. Burada əsas məqsəd Ukraynanın zəbt edilməsi və SSRİ-nin bərpa olunmasıdır. Əgər Rusiya Ukraynada qələbə qazansa  sonrakı hədəfi Moldova və digər dövlətlər ola bilər. Digər tərəfdən Suriyadan guya könüllü muzdlular gətirilir və Ukraynada döyüşlərə cəlb olunur. Təbii ki, “muzdlu” və “könüllü” ifadələri bir arada ola bilməz. Bunlar Əsəd rejiminə aid, kimyəvi silahlardan istifadə edə bilən batalyonlardır. Onlar Ukraynada küçə döyüşlərində kimyəvi silahlardan istifadə etməyə hazırlaşırlar. Yəni NATO-nun Rusiya ilə münaqişəyə girməsi mümkün deyil. Sallivanın açıqlaması isə sadəcə təhdid xarakterlidir. Münasibətlər həm NATO, həm də Rusiya tərəfindən qarşılıqlı ittihamdan o tərəfə keçə bilməz”.(konkret.az)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam