Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ Vaqner qrupunu transmilli cinayətkar təşkilat kimi tanıyıb -Putinin ətrafına qarşı yeni sanksiyalar tətbiq edib

Açiq mənbələrdən foto.

Cümə axşamı Bayden administrasiyası Putinin etibarlı adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi Vaqner qrupunu rəsmən transmilli cinayətkar təşkilat kimi tanıyıb.

Yenixeber.org: Eyni zamanda bu qrupu dəstəkləyən şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edilib. Bu haqda Vaşinqton müxbirimiz bildirib.

“Bu hərəkətlərdə məqsəd Moskvanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini zəiflətmək, təcavüzə görə cavabdeh olanları məsuliyyətə cəlb etmək və Rusiyanın müdafiə sektoruna təzyiq göstərməkdir”, - dövlət katibi Entoni Blinken bildirib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, sanksiyalar aşağıdakılara tətbiq edilir:

- Rusiyanın cəzaların icrası  Federal Xidmətinin rəhbərləri, məhbusların Vaqner qrupuna cəlb edilməsinə yardım edən agentliklər;

- Rusiya hökuməti baş nazirinin müavini, eyni zamanda sənaye və ticarət naziridir;

- Rostov vilayətinin Seçki Komissiyasının sədri;

Ukraynaya hücumla əlaqədar 531 rusiyalı əsgərə viza məhdudiyyəti tətbiq edilib.

Öz növbəsində Maliyyə Nazirliyi aşağıdakılara qarşı sanksiyalar elan edib:

- Putinin müttəfiqləri və onların ailələri;

- Moskvanın müdafiə- sənaye kompleksilə əlaqəli bir sıra fiziki şəxslər və şirkətlər;

- Ukrayna ərazisinin anneksiyası cəhdinə bağlılığı olan iki nəfər.

Vaqner qrupunun cinayətlərinə “jurnalistlərə və humanitar işçilərə qarşı zorakılıq və təqiblər, həmçinin Mərkəzi Afrika Respublikasında zorlama, Malidə zorlama və qətllər daxildir,  Dövlət Departamentinin bəyanatında deyilir.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam