Ukrayna Böyük Britaniyadan yüksək dəqiqlikli “Brimstone-2” raketləri alıb.
Yenixeber.org: Birləşmiş Krallığın Müdafiə Nazirliyi raketlərin yola salınmasını əks etdirən video paylaşıb. Bildirilib ki, bir raketin dəyəri 175 000 funt-sterlinqdir. Lazer tuşlama sistemli silahlar hədəfi 60 kilometrədək məsafədən məhv edə bilir.(UNİAN)