Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu ölkə Ukraynaya səsdən sürətli raketlər verəcək

Nazir müavini: ""Brimstone" raketləri Ukraynaya təqdim edə biləcəyimizi bildirməkdən məmnunam"

Yenixeber.org: Böyük Britaniya bir neçə həftədən sonra Ukraynanı yüksək texnologiyalı raketlərlə təmin edə biləcək.

Bunu Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bəyan edib.

O bildirib ki, Ukrayna son vaxtlar yerüstü hədəfləri məhv etmək üçün uzaqmənzilli operativ-taktiki raketlərin tədarükü üçün müraciət edib və Böyük Britaniya hökuməti bununla bağlı “Brimstone” raketlərinin tədarükü məsələsini öyrənirdi:

“Müdafiə nazirinin bu ehtimalı təsdiqləmək üçün parlamentə bəyanatla qayıtmasını gözləyirdik. Lakin texnikilərimizin işləmə sürəti ilə mən parlamentə bir neçə həftə ərzində “Brimstone” raketləri Ukraynaya təqdim edə biləcəyimizi bildirməkdən məmnunam”.

Qeyd edək ki, 49 kiloqramlıq “hava-yer” tipli İngilis mərmisi “Brimstone” ikili izləmə sisteminə malikdir. Həm lazer, həm də radarla idarə olunur. Bir raketin qiyməti 175 000 funt sterlinqdir (263 000 ABŞ dolları).

Təkmilləşdirilmiş sistem raketin 100 km/saatdan çox sürətlə hərəkət edən hədəfləri vurmağa imkan verir. Müasir zireh növləri və hava hücumundan müdafiə vasitələri səsdən sürətli raketin qarşısında acizdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam