Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Sabiq erməni prezidentlər arasında qalmaqal davam edir

Левон Тер-Петросян и Серж Саргсян будут допрошены по делу 1 марта

Ermənistanda katalikos II Qareginin bir müddət öncə görüşdürdüyü eks-prezidentlər ortaq məxrəcə gələ bilmir və bir-birinə ittihamlar irəli sürməyə davam edirlər.
Yenixeber.org: Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın indi mümkün Ermənistan-Türkiyə sülh müqaviləsini 2009-cu ildə hazırlanmış “Sürix protokolları”na oxşadığını söyləməsi üçüncü prezident Serj Sarkisyanı qəzəbləndirib.

Qeyd edək ki, “Sürix protokolları” Serj Sarkisyanın vaxtında - 2009-cu ildə Ermənistan və Türkiyə tərəfindən imzalanmış ikitərəfli sazişlər idi. ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bağlanmış həmin saziş Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tuturdu. Lakin sənəd sonradan qüvvəyə minmədi və bu cəhd nəticəsiz qaldı.
Serj Sarkisyan Ter-Petrosyanın “Sürix protokolları” ilə mümkün Ermənistan-Türkiyə sülh müqaviləsini müqayisə etməsinin tamamilə yersiz olduğunu bildirib.
S.Sarkisyanın ofisi bəyan edib ki, 2009-cu ildəki “Sürix protokolları”nda “erməni və türk tarixçilərinin birgə komissiyası”nın yaradılması ilə bağlı heç bir müddəa olmayıb.
“Ümumiyyətlə, o sənədi Ermənistanın indiki rəhbərlərinin Türkiyənin biabırçı şərtlərinə razılaşdıqları və imzalamağa hazırladıqları müqavilə ilə müqayisə etmək təhqiramizdir”, - deyə üçüncü prezidentin ofisi bəyan edib.
Serj Sarkisyan vurğulayıb ki, hazırda Türkiyə ilə aparılan danışıqlar nəticəsində imzalanacaq sülh müqaviləsi Ermənistanın maraqlarına zidd olacaq.

“Ermənistanın hazırkı hökumətinin Türkiyə tərəfi ilə danışıqlara apardığı sənəd rəsmən dərc olunanda hamı buna əmin olacaq”, - deyə onun açıqlamada bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam