Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ABŞ-ın "kor" konqresmenlərindən növbəti txribat:Azərbaycan və Türkiyə təhdid edildi

                          ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib.

Yenixeber.org: ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb.

“Amerika Birləşmiş Ştatları Konqresi hər zaman sizə öz dəstəyini göstərir. Azərbaycandan gələn təhdidlər və davam edən çağırışlara dözümlülük göstərirsiniz, sizin yanınızdayıq. Biz ABŞ hökumətini 2020-ci ildə hücuma və bu günə qədər davam edən ölümcül hərəkətlərə görə Azərbaycan və Türkiyə rejimlərini cəzalandırmaq üçün bütün mövcud diplomatik tədbirlərdən istifadə etməyə çağırırıq. Sizinlə işləməyi səbirsizliklə gözləyirik”

 Arutyunyana göndərilən məktubda deyilir.

Məktubun mətnindən göründüyü kimi, amerikalı konqresmenlər erməni separatçılarına aşkar şəkildə dəstək verərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı olduqlarını nümayiş etdiriblər. 

Qeyd edək ki, Azərbaycana yönəlik bu təxribatın gerçək səbəbi açıqlanmasa da, separatçıların qondarma “xarici işlər naziri” David Babayanın Konqresinə dəvət olunması, habelə bir neçə gün öncə ABŞ-ın Bakıdakı səfirinin Şuşada keçirilən beynəlxalq konfransdan imtina etməsi təsadüfi sayıla bilməz.

Görünür, rəsmi Vaşinqton regionda sülh və əmin-amanlığın təmin olunmasını istəmir və son təxribatçı addımlar da məhz Cənubi Qafqazda problemli vəziyyətin saxlanılmasına hesablanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam