Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu dövlət Tayvana sanksiyalar tətbiq etdi

 Çin hökuməti Tayvan Demokratiya Fondu və Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fonduna qarşı sanksiyalar tətbiq edib.

Yenixeber.org: Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin nümayəndəsi Ma Syaoquan bildirib. 

"Bu strukturlar beynəlxalq səviyyədə “demokratiya” və “əməkdaşlığın inkişafı” adı altında Tayvanın müstəqilliyini elan etməyə yönəlmiş separatçı fəaliyyətlə məşğuldurlar", - Ma Syaoquan deyib.

Onun sözlərinə görə, sanksiya tətbiq olunan fondlar "kənar anti-Çin qüvvələrini cəlb etmək, materikə hücum hazırlamaq və nüfuzdan salmaq üçün əllərindən gələni edirlər".

Qərara əsasən, fondların Çində təşkilatlar, müəssisələr və şəxslərlə əməkdaşlıq etməsi qadağan olunur. Bundan əlavə, adları çəkilən fondları maliyyələşdirən və onlara xidmət göstərən təşkilat, müəssisə və fiziki şəxslərə qarşı sanksiyalar nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam