Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Kəlbəcərdə minaya düşən polkovnikin SON DURUMU

İyulun 26-da Kəlbəcər rayonunun işğaldan azad olunmuş Cəmilli kəndində minaya düşən Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun son durumu məlum olub.

Yenixeber.org: Sol ayağının dizdən aşağı hissəsi amputasiya olunan peşəkar zabitin cərrahi əməliyyatı 5 saata yaxın davam edib.

Yaxınlarının bildirdiyinə görə, ambutasiya olunan ayağın yuxarı ətraflarında vəziyyət stabildir. Sağ ayağın işlək vəziyyətə gəlməsi üçün tibbi müdaxilə edilib, müalicələr bir müddət davam etdiriləcək. 

Ümumilikdə isə hərbi qulluqçunun vəziyyəti yaxşıya doğru dəyişib. 

Xatırladaq ki, iyulun 26-da Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb. 

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam