Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Meymunçiçəyinin ən çox yayıldığı ölkələr-SİYAHI

 Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinə yoluxma halları baxımından ən təhlükəli ölkələrin adlarını açıqlayıb.

Yenixeber.org: Təşkilatın fövqəladə hallar proqramının Meymunçiçəyi ilə Mübarizə üzrə Katibliyinin rəhbəri Rosamund Lyuis virusun ən çox İspaniyada yayıldığını bildirib.

O, Avropanın virusun ən çox yayıldığı region olduğuna diqqəti çəkib. Lyuis indiyədək 3 min 125 yoluxma halının qeydə alındığı İspaniyada vəziyyətin ciddi olduğunu qeyd edib.

O vurğulayıb ki, dünyada meymunçiçəyinə yoluxma sayına görə ABŞ ikinci yerdədir. Birləşmiş Ştatlarda virusa 2 min 316 nəfər yoluxub. Almaniyada bu rəqəm 2 268, Britaniyada 2 137, Fransada 1 453, Niderlandda 712 təşkil edir.

ÜST-ün indiyədək dünya üzrə təsdiq etdiyi 16 mindən çox yoluxma halının 11 mindən çoxunun Avropa ölkələrində olduğunu vurğulayan Lyuis, virusun yayılmasının davam edəcəyi barədə xəbərdarlıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam