Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

PUTİN VƏ KÖMƏKÇİSİ POSTSOVET ÖLKƏLƏRİNİ HƏDƏLƏDİ –"Rusiya imperiyasının ərazisi əbədiyyən kiçilməyib"

“İki gün öncə gənc sahibkarlarla görüşən Putin Ukraynadakı əsas missiyasının təfərrüatlarını açıq şəkildə bəyan edib. Özünü imperator I Pyotrla müqayisə edən Putin, əsas məqsədinin Rusiyanı imperiya dövləti kimi bərpa etmək və digər postsovet ölkələrini də işğal edərək, sərhədlərini genişləndirmək olduğunu etiraf edib”.

Yenixeber.org: Bunu CNN-in analitiki Natan Hodc deyib. Ekspert qeyd edib ki, rus diktatorunun bəyanatlarını şərh etmək son dərəcə çətin olsa da, Putin bu dəfə kifayət qədər aydın danışıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin deyib ki, I Pyotr əraziləri qaytarır və möhkəmləndirir: “Bizim də qismətimizə bu düşüb”.

N.Hodc Putinin bu sözlərini imperiya ambisiyalarının etirafı adlandırıb: “Putinə görə, müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət yoxdur. Putinin imperiya maraqlarına uyğun olaraq, Ukrayna müstəmləkə kateqoriyasıa aid olmalıdır. O, uzun müddətdir ki, ukraynalıların legitim milli kimliyə malik olmadığını və Ukraynanın “Qərbin marionetka”sı olduğunu iddia edib”.

“Putin məqsədlərini açıq şəkildə nümayiş etdirir. Putinin “imperiya bərpası layihəsi” nəzəri olaraq vaxtilə Rusiya İmperiyasına və ya Sovet İttifaqına məxsus olan digər ərazilərə də yayıla bilər. Bu, Sovet İttifaqının dağılmasından sonra yaranmış bütün dövlətlərdə təşviş doğurmalıdır”, - deyə Hodc bildirib.

Qeyd edək ki, Putinin SSSR-ini bərpa etmək məıqdsəsini Rusiya prezidentinin köməkçis də bəyan edib.

 

 

“Müasir Rusiya Federasiyasının ərazisi əbədiyyən kiçilməyib” – deyə, Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski I Pytorun 350 illiyinə həsr olunmuş “Gələcək üçün tarix” beynəlxalq forumunda çıxışı zamanı deyib.

“Onlar (Rus çarları - red.) yaxın vaxtlara qədər planetin altıda birini təşkil edən bir ölkə qurdular. İndi bu bir qədər az ərazidir. Amma bu azalma əbədi deyil”, - deyə Medinski vurğulayıb.

Ekspertlər bütün bu açıqlamaları postsovet ölkələrinə növbəti, açıq hədə, təhdid, ərazi iddiası hesab edir. Rusiya hakimiyyəti artıq Ukrayna işğalının davamının olacağını, SSRİ-ni bərpa etmək niyyətlərini gizlətmirlər.

 

 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin bildirir ki, Putinin özünü I Pyotrla müqayisə etməsi tipik imperiya düşüncəsidir: “Belə yanaşma bütün postsovet məkanı üçün təhlükə olduğunu göstərir”.

Onun fikrincə, hazırda Rusiyada böyük əksəriyyət, o cümlədən ziyalıların böyük hissəsi məhz Putin kimi düşünür: “Çünki elə ”proqramlaşdırılıblar", böyük ölkə olmağın, “imperiya” modelinin iqtisadiyyat və əhalinin rifahı olmadığını qəbul etmək istəmirlər. Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir imperiya tipi, məsələn, Cənubi Koreyadır".

Ekspertin fikrincə, Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, imperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı, Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi: “Cənubi Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir ”imperiyadır", torpaqları yox, bazarları tutur, ərazini deyil, əhalinin qarajlarını, ciblərini, evlərini “işğal” edir. Nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, postsovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də Azərbaycan öz “de-jure” və “de-fakto” ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir".“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam