Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukraynanın son itkiləri AÇIQLANDI- 8 tank, 160 əsgər…

Rusiya aviasiyası son bir gün ərzində Ukrayna hərbçilərinin komanda məntəqəsini, 8 tankını, 2 reaktiv yaylım atəşi qurğusunu, 1 artilleriya batareyasını və 1elektron döyüş stansiyasını məhv edib.
Yenixeber.org: Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov çərşənbə günü keçirdiyi brifinqdə bildirib. 

“Hava zərbələri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Briqadasının komanda məntəqəsi, 160-dan çox millətçi, 8 tank, 2 “Qrad” reaktiv yaylım atəşi sistemi, 1 artilleriya batareyası, 1 elektron döyüş stansiyası və müxtəlif mqəsədli təyinat üçün 13 texnika məhv edilib”, - Konaşenkov bildirib.
Onun sözlərinə görə, operativ-taktiki aviasiya gün ərzində Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının 63 toplandığı ərazini vurub.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir sutka ərzində 2  MiQ-29 döyüş təyyarəsini, həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 1 helikopter və 11 pilotsuz təyyarəni vurub.
Bundan əlavə, Ukraynanın 3 “Toçka-U” raketi və 5 “Smerç” reaktiv yaylım atəşi sistemi ruslar tərəfindən ələ keçirilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 192 təyyarə, 130 helikopter, 1150 pilotsuz uçuş aparatı, 335 zenit-raket kompleksi, 3459 tank və digər zirehli döyüş texnikası, 489 reaktiv yaylım atəşi sistemi, 1822 səhra artilleriyası və minaatan silahlar, həmçinin 3488 ədəd xüsusi hərbi maşın məhv edilib”, - Konaşenkov deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam