Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Ukraynanın müharibədən sonra bərpası planı təsdiqlənib-AÇIQLAMA

Avropa Komissiyası Ukraynanın müharibədən sonra bərpası planını təsdiqləyib. Avropa İttifaqı Ukraynaya 9 milyard avro makromaliyyə yardımı ayıracaq.

Yenixeber.org: Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Qeyd olunur ki, plan müharibədən sonra Yenidənqurma üzrə Milli Şura tərəfindən hazırlanıb. Avropa İttifaqı da məhz bu sənəd əsasında addımlar atacaq. Hökumət başçısının sözlərinə görə, prosesin “sahibi” Ukrayna olacaq. Maksimum şəffaflıq və səmərəlilik üçün avropalı tərəfdaşların cəlb edilməsi planlaşdırılır.

Bərpa planı dörd əsas prinsipdən ibarətdir: bütün infrastrukturun ən son standartlara və Avropa siyasətinə uyğun bərpası; Ukrayna dövlətinin və qurumlarının modernləşdirilməsi; Ukraynanın bütün sferalarda və istiqamətlərdə Aİ ilə maksimum inteqrasiyası; iqtisadi transformasiya, o cümlədən Ukrayna biznesi üçün yeni imkanlar.

“Ölkəmizlə son dərəcə həmrəylik nümayiş etdirən bu sənədin qəbuluna görə Avropa Komissiyasına minnətdarıq. Qalib gələcəyimizə, həmçinin güclü və bərabərhüquqlu Aİ üzvü olacaq Ukraynamızı yenidən quracağımıza əminik”, - D.Şmıqal əlavə edib.(“RBC-Ukraina”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam