Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

UKRAYNA ORDUSU RUSLARA AĞIR ZƏRBƏ VURDU -Küçə döyüşlərindən real kadrlar + VİDEO

“Moldovanın Dnestryanı bölgəsində gərginlik davam edir. Volın və Polissya ərazilərində aktiv hərəkət yoxdur. Belarus Silahlı Qüvvələri əsas səylərini Brest və Qomel vilayətlərində dövlət sərhədinin mühafizəsinə yönəldib”.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Severski istiqamətində Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsinin gücləndirilməsi tədbirləri davam etdirilir: “Əsas səylər Vesele qəsəbəsi ərazisində qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldilib. Donetsk istiqamətində isə əsas səylər Rubijne qəsəbəsində tam nəzarəti bərpa etməyə istiqamətlənib. Düşmən şəhərə tam nəzarət etmək və ukraynalı müdafiəçilərin müqavimətini qırmaq üçün strateji aviasiyadan istifadə edir. Qarşı tərəfin hava kəşfiyyatı davam edir. Kuraxiv istiqamətində düşmən Marinka qəsəbəsi istiqamətində hücum əməliyyatları keçirib”.

Rəsmi informasiyaya əsasən, son sutka ərzində Rusiya qoşunlarının 7 hava hədəfi vurulub. Onlaran 5-i PUA, 1-i Ka-52 helikopteri, 1-i isə qanadlı raketdir. Təkcə Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri düşmənin 18 hücumunun qarşısını alıb. Həmçinin 13 tank, 8 artilleriya sistemi, 27 zirehli döyüş maşını, 2 xüsusi mühəndis texnikası və 5 texnika məhv edilib.

Bu arada Ukraynanın Mariupol şəhərində gedən küçə döyüşlərinin görüntüləri yayılıb.

Görüntülər Ukraynanın “Azov” dəstəsinin hərbçiləri tərəfindən çəkilib.

Kadrlarda ərazi şiddətli döyüşlərin getdiyi müşahidə olunur. İlk saniyələrdə “Azov” dəstəsinin hərbçilərdən birinin yaralandığı görünür. Küçə döyüşlərində “Azov” dəstəsi yüngül silahlarla yanaşı, qumbaralardan da istifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam