Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ukraynada SON DURUM -Bölgəyə yeni qüvvələr gətirilir

Rusiya ordusunun Şərq Hərbi Dairəsinin bölmələri Belqoroddan Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinə köçürülür.

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, ruslar Slobojanski istiqamətində əsas səylərini işğal altında olan mövqeləri qoruyub saxlamağa və Ukrayna Silahlı Qüvvələrinin bölmələrini atəşə tutmağa yönəldib: “Düşmən qruplaşmanı gücləndirmək üçün Şərq Hərbi Dairəsinin bölmələrini Belqorod vilayətindən İzyum şəhəri ərazisinə köçürür”.

Baş Qərargahın məlumatına görə, rus qoşunları Sulıxivka və Dovxenke yaşayış məntəqələri istiqamətində hücuma keçməyə cəhd etsə də, buna nail ola bilməyib:

“Düşmən Xarkov və İzyum istiqamətlərində öz qoşun qruplarını gücləndirmək üşün hava hücumundan müdafiə qüvvələri və vasitələrini bu ərazilərdə yerləşdirməyə çalışır”.

Eyni zamanda, bildirilib ki, Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək və işğal olunmuş Krımla quru dəhlizinin saxlanılması məqsədilə rus ordusunun şərqdə hücum əməliyyatları davam edir:

“Rus ordusu Rubijne, Popasnyanski (Kalinovo və Popasna istiqamətində) və Kuraxivin (Alyonevka və Novomixayilovka) işğalını başa çatdırmağa çalışdığı Limanski (Yampil, Ozerna, Liman) və Severodonetskdə irəliləməyə cəhd edir. Amma düşmənin hücum əməliyyatları uğurlu deyil. Bu istiqamətlərdə döyüşlər davam edir”.

Məlumata görə, rus qoşunları şimal istiqamətində Kindrativka, Katerinivka, Svarkove və Bilokopıtove yaşayış məntəqələrində Ukrayna qoşunlarının mövqelərini atəşə tutub. Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində rus qoşunlarına ağır artilleriya zərbələri endirib.

Ruslar cənubda aktiv hücum əməliyyatları keçirməyiblər. Amma Nikolayev istiqamətində hava kəşfiyyatını gücləndirib. Volın və Polissya istiqamətlərində isə fəallıq yoxdur. Bu ərazilərdə vəziyyətlə bağlı ciddi dəyişiklik olmayıb.

Ötən gün Ukrayna Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri 10 hava hədəfini vurub: 1 təyyarə və 9 ədəd “Orlan-10” tipli operativ-taktiki dronu.

Son 24 saat ərzində Donetsk və Luqansk vilayətlərində rusların 14 hücumu dəf olunub, 11 tank, 7 artilleriya sistemi, 28 zirehli və 14 digər tipli texnikaları məhv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam