Ruslara kömək edən satqınlar ifşa edilib- RƏSMİ
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev vilayətində bir neçə rus agenti saxlayıb. Onlar Milli Qvardiyanın ehtiyat məntəqəsi haqqında Rusiyaya məlumat ötürürlərmiş.
Yenixeber.org: Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, daha iki nəfər isə agentlərlə əməkdaşlıq edərək iki dinc sakini öldürüb.
"Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının saxladığı satqınlar- Brovarski rayonunun iki sakini işğal zamanı kəndlərdən birində ruslara qoşulub və Bolşaya Dimerkada iki vətəndaşı qətlə yetirib”, - mətbuat xidmətinin məlumatında deyilir.
O da deyilir ki, ruslara artilleriya ekipajlarını təchiz etməkdə və bölgədə yol blokları qurmaqda kömək edən əməkdaş da saxlanılıb.
Saxlanılanları ağır həbs cəzası gözləyir.