Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

“Hürrem”lər bir-birilərinə tərif yağdırdı- FOTOLAR

“Vahide möhtəşəm insandır, onu çox sevirəm. Biz bir-birimizlə çox isti münasibətlə qucaqlaşdıq, danışıb söhbətləşdik”.

Yenixeber.org xəbər verir ki, bunu türkiyəli aktrisa Meryem Uzerli həmkarı Vahide Perçin haqqında deyib.

“Atam dedi ki, serialın çəkilişlərindən əvvəl Vahideni görsən de ki, o inanılmaz dərəcədə mükəmməl aktrisadır. Vahide çox zirvələrdədir. Mən də fəaliyyətimdə oralara gələ bilsəm, nə xoş mənə”, - deyə M.Uzerli bildirib.

Vahide Perçin ise Meryem Uzerli haqqında verdiyi açıqlamada bildirib ki, onunla qarşılaşmağı uzun illərdir gözləyirmiş:

“Meryemi çox uzun illər əvvəl görmüşdüm. O, “Muhteşem Yüzyıl”da oynayırdı, rastlaşmışdıq onunla. İllər sonra qarşılaşanda ikimiz də bir-birimizdən ötrü çox darıxmışcasına qucaqlaşdıq. O, çox duyğusal və zəhmətkeş qadındır. Onunla qarşılaşdığım üçün çox xoşbəxtəm. Çünki onu görməyi çox istəyirdim. Meryemin özünə də dedim ki, əslində səni uzun illərdir gözləyirdim. “Hürrem” obrazını təhvil almağımı Timur üçün (“Muhteşem Yüzyıl”ın prodüsseri) olduğu qədər, əslində həm də, Meryemə görə qəbul etdim. Möhtəşəm insandır, yolu açıq olsun.  

Qeyd edək ki, Vahide Perçin “Muhteşem Yüzyıl” serialında Meryem Uzerlinin gəncliyini canlandırdığı “Hürrem” obrazının daha sonra yaşlanmış halına həyat vermişdi.

Hazırda isə hər iki aktrisa “Şakir Paşa ailesi: Mucizeler və skandallar” serialında birlikdə kamera önünə keçiblər.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam