Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

UEFA Avropa Liqası: “Qarabağ” - FCSB matçının biletləri bu gün satışa çıxacaq

 

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq “Qarabağ” - FCSB (Rumıniya) matçının biletləri bu gün, saat 12:00-da satışa çıxacaq.

Yenixeber.org xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VIP sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri "iTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ” FK-nın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam