Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Bakıda 20 Yanvar qətliamının ildönümünə hazırlıq -BAŞLADI

 

20 Yanvar qətliamının növbəti ildönümü ilə bağlı Şəhidlər Xiyabanında ilkin hazırlıq işlərinə başlanılıb.

Yenixeber.org-un məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları artıq Xiyaban ərazisində zədələnmiş plitələr və yer örtüklərini yeniləri ilə əvəz edir, ərazi yuyulur, təmizlik və abadlıq işləri görülür.

Bir sıra ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir. Həmçinin Xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyaların yaradılması üçün ilkin hazırlıq işlərinə də başlanılıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir.

"Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunub. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları,  bəzi  kollar  budanıb,  qazon örtüyü yenilənib,  yeni güllər və  kollar  əkilib,  işıq dirəkləri rənglənir,  səkilər və bütün ərazi yuyulur,  Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır", - açıqlamada qeyd olunub.

Xatırladaq ki, növbəti həftə 20 Yanvar hadisələrinin 35-ci ildönümü tamam olacaq.

Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunan 20 Yanvar tarixi ölkədə qeyri-iş günüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam