Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi məlum olub
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Bakıya rəsmi səfər edəcək.
Yenixeber.org xəbər verir ki, səfər çərçivəsində Maka Boçorişvili həmkarı Ceyhun Bayramovla, eləcə də digər rəsmilərlə görüşlər keçirəcək.XİN başçısı həmçinin Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında iştirak edəcək