Redaktor seçimi
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

Los-Ancelesdə kütləvi yanğın: Hollivud ulduzlarının evləri yandı- FOTOLAR

 

Los-Ancelesdə baş verən böyük yanğın nəticəsində bir çox tanınmış şəxsin evi kül olub və yüz minlərlə insan köçürülüb.

Yenixeber.org xəbər verir ki, Hollivudun məşhur cütlüyü Leyton Mistr və Adam Brodinin 6,5 milyon dollar dəyərində olan, beş yataq otağına və okean mənzərəsinə malik üçmərtəbəli evi tamamilə külə dönüb. Ceymi Li Körtis, Ceyms Vuds kimi məşhurlar isə evlərini təxliyə etmək məcburiyyətində qalıb.

Bir zamanlar Leonardo Di Kaprioya aid olan bu ev 2021-ci ildə Leyton Mistr və Adam Brodi tərəfindən satın alınmışdı.

Malibudakı 8,4 milyon dollarlıq sahil malikanəsinin yanmasını televizorda izləmək məcburiyyətində qalan Paris Hilton, "Ürəyim parçalandı" ifadələrini işlədib.

Evini tərk edən Oskar mükafatlı aktrisa Cemi Li Körtis qatıldığı bir proqramda deyib: "Yəqin ki, mənim evim də yandı. İnanırsınızsa, dua edin".

Los-Ancelesdəki ofisindən qayıdan məşhur aktyor Ben Afflek, evinin qarşısındakı yanğını təəccüblə izləyərkən görüntüləri yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam