Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Bakı Qafqaz masasını təkbaşına idarə edir:ABŞ və Qərb də, Rusiya da Azərbaycandan icazə ala bilmir

Azərbaycan ABŞ, Avropa Birliyi və Fransanın Qafqaz sülh masasına təkrar müdaxiləsini qətiyyən istəmir, ona görə də, bu barədə təklifləri dərhal bloklayır... Eyni zamanda, rəsmi Bakı Rusiyanın vasitəçilik cəhdlərini də dəstəkləmir, əksinə, Kremlin bu prosesdən mümkün qədər uzaq tutulmasına çalışır...

Yenixeber.org: Cənubi Qafqaza yönəlik kobud müdaxilə cəhdlərinin artmaqda olduğu müşahidə edilir. Belə ki, bu regionda geopolitik maraqları olan kənar siyasi iradə mərkəzləri Cənubi Qafqazın gələcək inkişaf perspektivlərindən pay qoparmağa can atırlar. Ona görə də, nəyin bahasına olursa-olsun, Cənubi Qafqaza yerləşmək üçün “keçid pəncərəsi” axtarırlar. Və bu baxımdan, regional sabitliyin pozulmasına yönəlik məkrli oyunlar da əslində, qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşından sonra Cənubi Qafqazda tamamilə yeni situasiya yaranıb. Hər halda, Azərbaycan ordusunun Ermənistan üzərindəki tarixi hərbi zəfəri bu regionda geopolitik şərtləri ciddi şəkildə dəyişdirib. İndi Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Ona görə də, bu regionda Qərbin “erməni layihəsi” daha aktual deyil. Üstəlik, ABŞ və Qərbin Cənubi Qafqaza əsas müdaxilə mexanizmi olan ATƏT-in Minsk Qrupu da artıq fəaliyyətini de-fakto dayandırıb. Və bu, Cənubi Qafqaza can atan Qərb siyasi dairələri yeni regional müdaxilə mexanizmləri axtarmaq məcburiyyətində qalıblar.

Məsələ ondadır ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı bu quruma artıq çoxdan müraciət edib. Ermənistan isə hələ də artıq de-fakto mövcud olmayan bu siyasi manipulyasiya mexanizminin bərpasına ümid bəsləyir. Halbuki, rəsmi Bakı yekun sülh sazişinin imzalanmasından öncə Ermənistanın da Minsk Qrupunun ləğv olunması ilə bağlı ATƏT-ə müraciət göndərməsini tələb edir. Son vaxtlar Azərbaycanın sərt təzyiqləri qarşısında duruş gətirməkdə çətinlik çəkən rəsmi İrəvan bu məsələ ilə bağlı mövcud imkanları araşdırmağa başladığını vurğulayıb. Və bu, o deməkdir ki, Ermənistan da əvvəl-axır Minsk Qrupunun de-yure ləğvi üçün ATƏT-ə müraciət etmək məcburiyyətində qalacaq.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Deməli, ABŞ və Qərb üçün indi Cənubi Qafqazda geopolitik yerləşmə mexanizmi olaraq, tamamilə fərqli faktorların dövriyyəyə çıxarılması qaçılmaz olacaq. Halbuki, Qərbdə hələlik bu problemin optimal həlli yollarını tapmaqda çətinlik çəkirlər. Çünki Ermənistanın “geopolitik müstəmləkə”yə çevilməsi ABŞ və Qərbə Cənubi Qafqazda genişmiqyaslı manevr imkanları açmır. Və bu səbəbdən də, daha effektiv manevr faktorlarına ehtiyac duyulur.

Maraqlıdr ki, ABŞ və Qərb hazırda yenə də köhnəlmiş metodlarla hədəfə can atma cəhdləri göstərməklə, diqqəti çəkir. Belə ki, Qərbin Cənubi Qafqazda geopolitik istinad nöqtələri tapmaq üçün reallaşdırmağa çalışdığı plan çox sadədir. Yəni, növbəti dəfə bu regionda genişmiqyaslı savaş törətməyə cəhd göstərirlər. Buna nail olacaqları təqdirdəsə, sülh danışıqları üçün mütləq beynəlxalq vasitəçilik mexanizmini yaratmağa üstünlük verəcəklər. Və bununla da, Cənubi Qafqaz ölkələrinə həm təzyiq, həm də təsir imkanları qazanmış olacaqlar.

Ancaq hələlik bu məkrli planlar boşa çıxmaqdadır. Çünki Ermənistan Qərb tərəfindən nə qədər sürətlə silahlandırılsa da, Azərbaycanla növbəti hərbi qarşıdurmaya tab gətirmək şansından çox-çox uzaqdır. Bunu həm Ermənistanda, həm də Qərbdə tam dəqiqliyi ilə anlayırlar. Ona görə də, Qərbin təlqinlərinə baxmayaraq, Ermənistan Azərbaycanla yeni genişmiqyaslı silahlı toqquşmalara cəsarət etmir. Və savaş hazırlığı çərçivəsində ara-sıra atəşkəsi pozsa da, mümkün qədər özünün sığortalamağa da çalışır.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Təbii ki, belə situasiyada ABŞ və Qərbin Cənubi Qafqazda yeni savaş törədib, regional prosesləri nəzarət altına salmaq planları hələlik ləngimiş olur. Halbuki, Qərb siyasi dairələri üçün bu region uğrunda mübarizədə uduşlu mövqelər qazanmaq baxımından, sürətli nəticələr olduqca vacibdir. Ona görə də, Azərbaycan və Ermənistan arasında hələ də davam edən sülh danışıqlarına müdaxilə etmək cəhdlərindən başqa çıxış yolu qalmamış kimi görünür. Və son vaxtlar Qərb siyasi dairələrinin Qafqaz sülh masasına kobud müdaxilə cəhdlərinin intensivləşməsi sə əslində, gözlənilməz deyil.

Məsələ ondadır ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in Malta sammitində Azərbaycan-Ermənistan sülh danışıqlarına müdaxilə cəhdi göstərmişdi. Belə ki, ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi üçün “məcburi vasitəçiliyə” çalışmışdı. Ancaq rəsmi Bakı qətiyyətlə həmin görüşdən imtina etməklə, ABŞ dövlət katibinin planını pozmuşdu. Və rəsmi Bakının ABŞ-ın Qafqaz masasına belə kobud müdaxilə cəhdini cəsarətlə bloklaması Ağ Evdə dərin məyusluq doğurmuşdu.

Ancaq ABŞ və Qərb geri çəkilmək niyyətindən də çox-çox uzaqdır. Belə ki, ABŞ Dövlət Deportamentindən verilən son açıqlamada Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğu vurğulanır. Eyni zamanda, Avropa Birliyi də növbəti dəfə analoji məzmunlu istəyini gündəmə gətirib. Və buna qaralel olaraq, Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışan Rusiya da öz vasitəçilik xidmətini təklif edib.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Göründüyü kimi, həm ABŞ və Qərb, həm də Rusiya böyük israrla Qafqaz masasına can atır və vasitəçiliyə hazır olduğunu vurğulayır. Halbuki, onların vasitəçiliyə hazır olması hazırda elə bir ciddi əhəmiyyət daşımır. Çünki həm ABŞ və Qərbin, həm də Rusiyanın vasitəçiliyi üçün ilk növbədə onların belə bir missiyanı öz üzərlərinə götürmələrinə ehtiyac da olmalıdır. Və hazırda bunu təsdiqləyə biləcək hər hansı geopolitik əlamət isə qətiyyən müşahidə olunmur.

Əksinə, rəsmi Bakı ABŞ, Avropa Birliyi və Fransanın Qafqaz sülh masasına müdaxiləsini qətiyyən istəmir. Eyni zamanda, Azərbaycan Rusiyanın vasitəçilik təklifini dəstəkləmək niyyətindən də çox-çox uzaqdır. Çünki keçmiş bağlı 30 illik təcrübə mövcuddur. Yəni, ABŞ, Avropa Birliyini təmsil edən Fransa və Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ermənipərəst mövqedən vasitəçilik ediblər, müxtəlif siyasi manipulyasiyalarla problemin həllini əngəlləyərək, uzadıblar. Üstəlik, elə indi də ABŞ, Avropa Birliyi və Rusiya daha çox ermənipərəst narrativlərə bağlı mövqe tutur. Və bu baxımdan, onlardan ədalətli vasitəçilik gösləmək sadəlövhlük olardı.

Ona görə də, rəsmi Bakı Azərbaycanın maraqları baxımından, yeganə doğru və effektiv variant üzrə hərəkət etməyə üstünlük verir. Belə ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında ikitərəfli birbaşa təmaslar formatında israr edilir. Bununla “geopolitik setynota” salınmış ermənipərəst vasitəçilərin Qafqaz sülh masasına müdaxilə imkanları bloklanır. Bu baxımdan, yekun sülh sazişinin mətninin artıq böyük ölçüdə razılaşdırılmış olması da rəsmi Bakının ikitərəfli birbaşa təmaslar formatının tamamilə effektiv olduğunu təsdiqləyir. Və bu, o deməkdir ki, Qafqaz masasının uğuru məhz kənar “vasitəçilər”in müdaxilə imkanlarının bloklanmasından birbaşa asılıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam