Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?

      Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
"Əslən Laçın rayonundan olan iş adamı Kamal Məmişov dövlət torpaqlarının zəbtini davam etdirir. Uzun illərdir ki, dövlət torpaqlarına qənim kəsilən Kamal Məmişov bugünə qədər hektarlarla dövlət torpağını dədə-baba malı kimi sataraq bundan yüz min manatlarla qanunsuz vəsait əldə edib. Kamal Məmişova bu işdə dəstək verən əsas simalardan biri isə Abşeron rayonu Masazır icra nümayəndəsi Şahlar Əsgərovdur".
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Şahlar Əsgərovun himayəsinə sığınan Kamal Məmişov zəbt etdiyi torpaqların bir hissəsində nəhəng fermer təsərrüfatı qurub, böyük otlaq sahələri ələ keçirib. Şahlar Əsgərovun dəstəyindən və üstün maddi durumundan istifadə edərək digər fermer təsərrüfatlarını sıxışdıran Kamal Məmişovla nə icra hakimiyyəti, nə güc orqanları, nə də məhkəmələr bacarmır. Kamal Məmişov bugünə qədər bir neçə dəfə məhkəməyə verilsə də, zəbt etdiyi torpaq sahələrinin bir qarışını belə dövlətə qaytarmayıb.

İş adamı zəbt və istismar etdiyi torpaqların qarşılığında dövlətə heç bir vergi ödəmir. İllərdir yığılıb qalan çoxsaylı vergi borcuna görə də iş adamı dəfələrlə məhkəməyə verilib. Amma məhkəmələr də Kamal Məmişovdan dövlət rüsumunu ala bilmir. Şahlar Əsgərovun Kamal Məmişovu himayə etməsinin isə bir sıra səbəbləri mövcuddur. Bütün zəbt prosesində Kamal Məmişovu məcburi köçkün kimi qabağa verən Şahlar Əsgərov himayəsinin qarşılığlnda torpaqların, yaxud satılan torpaqlardan əldə edilən pulun bir hissəsini özünə götürür. Bir sözlə, Kamal Məmişov və Şahlar Əsgərov “alan razı, verən razı” prinsipi ilə çalışmaqdadır. İtirən isə dövlət, onun büdcəsidir...".(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam