Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Qadın onu baltalayan ərini bağışladı...

Ötən il həyat yoldaşı M.Qasımovaya balta ilə xəsarət yetirən E.Qasımovun məhkəməsi başa çatıb.

Yenixeber.org  xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Hadisə 7 avqust tarixində Naxçıvanın Şərur rayonunda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, 57 yaşlı E.Qasımov arvadına əsəbiləşərək balta ilə baş nahiyəsinə zərbə endirib: “İçki aludəçisi deyiləm. Hadisəni törədəndə ayıq vəziyyətdə idim. İnsidentdən bir neçə gün əvvəl dostlarımla yeyib-içmişdim. Evə gəldikdən sonra arvadım dayanmadan deyinir, ünvanıma xoşagəlməz sözlər deyirdi. Mən də əsəbi olduğumdan və onu qorxutmaq üçün xəsarət yetirmək istədim. Lakin öldürmək niyyətim olmayıb. Belə bir istəyim olsaydı, arvadımın mənə gücü çatmazdı, onu həmin vaxt öldürə bilərdim. Tutduğum əməldən peşmanam, xahiş edirəm, məni bağışlasın”.


50 yaşlı M.Qasımova da hadisənin onun deyinməsi səbəbindən baş verdiyini düşünür: “Ərim spirtli içkini mütəmadi olaraq içməsə də, onun, ümumiyyətlə, içki içməsini istəmədiyim üçün hadisə günü bununla bağlı öz-özümə deyinirdim. E.Qasımovu təhqir etməmişəm, ailədaxili münaqişəmiz olsa da, heç vaxt güclü mübahisə olmayıb. Bir-birimizə əl qaldırmamışıq. Vəziyyətin bu yerə gəlmə səbəbini bilmirəm. Onu övladlarımıza görə bağışlayıram, şikayət və tələbim yoxdur. Gələcəkdə də heç bir şikayət və tələbim olmayacaq. Lakin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm”.


Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qasımova 3 il 6 ay həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam