Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Putinin “faciəvi səhv”i–Ukraynaya hücumun "Bumeranq effekti"

Məhdud informasiya Rusiya liderinin əməliyyatla bağlı bir çox strateji səhvlərə yol verməsinə səbəb olub

Yenixeber.org: Hərbi itkilərin artmaqda davam etməsi səbəbindən Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı onun Ukraynaya hücum planını şübhə altına alıb.

Prezidentin özü isə əmindir ki, rusiyalılar onun “milli böyüklük və birlik” baxışı naminə qurbanlar verməyə hazırdırlar.

V.Putinin yaxın ətrafındakı şəxslərin bəziləri isə Ukraynaya qarşı müharibə planını ölkəni uzun illər geri salacaq “faciəvi səhv” adlandırırlar.

Qeyd olunur ki, Rusiya lideri getdikcə daralan kompromisə getməyən müşavirlər dairəsinə arxalanır və başqalarının onu zərərli iqtisadi və siyasi xərclər barədə xəbərdar etmək cəhdlərini rədd edir.

Vladimir Putinin Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamaq qərarını kiminlə birgə verdiyi də dəqiq bilinmir. Bəzi məlumatlara görə, qərar Müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə birgə verilib.

“Bloomberg” agentliyi bildirir ki, işğalın başlanmasından sonrakı həftələr ərzində Putinin müşavirləri və təmas dairəsi daha da daralıb. İndi onunla görüşə əvvəllər müntəzəm olaraq məsləhətləşdiyi sərt xətt tərəfdarlarının məhdud qrupu buraxılır.

Məlumatda deyilir ki, məhdud informasiya Kremlin Ukrayna müdaxiləsi ilə bağlı səhv hesablamalarına səbəb olub. Putin Ukrayna qoşunlarının gücü, eləcə də sürətli hərbi irəliləyiş imkanlarını düzgün qiymətləndirməyib. Eləcə də, Rusiya Prezidentinin zəif hesab etdiyi ukraynalı həmkarı da özünü fərqli formada göstər bilib.

“Hərbi uğursuzluqlara və sanksiyaların səbəb olduğu iqtisadi çətinliklərə mövcuddur. Putin ambisiyalarını Ukraynanın sürətli, genişmiqyaslı ələ keçirilməsindən Donbas bölgəsi üzərində gərgin döyüşə qədər azaltmalı olub. Buna baxmayaraq, o, ölkənin şərqində üzücü və gərgin müharibəni davam etdirmək əzmindədir”, – nəşr qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam