Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ABŞ planı açıqladı: Müharibə yenidən başlayır…-Kreml iflas olacaq

         Blinken: “Biz Putinə təzyiqi artırmağa çalışırıq” 

Yenixeber.org: Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkilməsinə və Ukrayna qüvvələrinin bu mərhələdəki qələbəsinə baxmayaraq, müharibənin bitməsinə hələ çox qalır. Bu barədə “Amerikanın səsi” məlumat yayıb. Dövlət katibi bildirib ki, Rusiya şərq və cənub istiqamətindən yeni hücuma başlamaq üçün qüvvələrini cəmləşdirir. 

Blinken Ağ evin Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketini dəstəklədiyini bildirib. Əlavə edib ki, Ukrayna ABŞ və bütün dünyadakı müttəfiqləri ilə birlikdə öz gələcəyi uğrunda apardığı müharibənin növbəti mərhələsinə hazırlaşır. 

Dövlət katibinin sözlərinə görə, son yardım paketini də nəzərə almaqla, Bayden administrasiyası artıq Ukraynaya 3.2 milyard dollarlıq yardım göstərib. Bu yardımın 2.5 milyardlıq hissəsi Rusiyanın hərbi təcavüzündən sonra həyata keçirilib. 

“Biz Ukrayna ilə sıx əlaqədəyik və prezident Zelenskinin münaqişəni diplomatik yollarla həll etmək niyyətini dəstəkləyirik. Hazırda Ukraynanın danışıqlarda mövqeyini maksimum dərəcədə gücləndirməyə və Putinə təzyiqi artırmağa çalışırıq” – dövlət katibi qeyd edib. 

“ABŞ və dünya birliyi Putinin başladığı bu müharibəni Kremlin uzunmüddətli və strateji iflası ilə yekunlaşdıracaq” – Dövlət Departamentinin rəhbəri bildirib. 

Qeyd edək ki, hələ 24 fevraldan əvvəl də Qərb koalisiyasının, xüsusilə, ABŞ-ın bu qarşıdurmanın aktiv və uzunmüddətli müharibəyə çevrilməsində, Rusiyanın hərbi-iqtisadi çöküşü ilə nəticələnməsində maraqlı olduqları barədə kifayət qədər rəylər vardı. Bu yanaşmanın müəllifləri hesab edirdilər ki, Rusiyanın yaxın ətrafında çoxsaylı belə ocaqlar yaratmaqla və Rusiya hərb maşınını Ukrayna çöllərinə çəkməklə, qərb bu ölkəni nəhəng xərclər, hərbi potensialın məhvi və siyasi legitimliyin itirilməsi kimi qorxulu nəticələrə doğru itələyir. Müharibə başladıqdan dərhal sonra Moskvanın üzləşdiyi sanksiyalar seli də bunu bir daha təsdiq etmiş oldu. 

Bu baxımdan dövlət katibi Blinkenin “ABŞ və dünya birliyi Putinin başladığı bu müharibəni Kremlin uzunmüddətli və strateji iflası ilə yekunlaşdıracaq” fikri təsadüfi və yeni sayılmamalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam