Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

UKRAYNA ORDUSUNUN ƏKS-HÜCUMU DAVAM EDİR -Bu yaşayış məntəqələri də azad olundu

Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.

Yenixeber.org: Bu barəd Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığı xəbər verib.

Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır,

"Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya qoşunlarının sıradan çıxarılmış texnikasının fotolarını da nümayiş etdiriblər.

Bu arada son bir həftədə Odessaya Qara dənizdən və Rusiyanın ilhaq etdiyi Krımdan raket və pilotsuz uçuş aparatlarının hücumları daha da genişlənib.

 

 

Krımın, təxminən, 300 kilometrliyində yerləşən Odessaya son günlər raket hücumlarının sayının artması xüsusilə Rusiya qoşunlarının Ukraynanın Kiyev, Çerniqov və Sumı istiqamətində geri oturdulması fonunda baş verir. Bu səbəbdən şəhərin istər havadan, istərsə də qurudan müdafiəsi son günlər dəfələrlə gücləndirilib. Gün ərzində ən azı 3 dəfə həyəcan siqnalı verilən Odessanın küçələri və yolları ciddi müdafiə istehkamına çevrilib. Buna baxmayaraq, Rusiya raket hücumlarını davam etdirir. Bunlar arasında ağır "İskender M" raketləri də müşahidə olunur. Onların böyük əksəriyyəti Ukrayna Hava Hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam