Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Jurnalist güllələnərək öldürüldü-Ukraynada

Rusiya-Ukrayna müharibəsində öldürülən jurnalistlərin sayı 6 nəfərə çatıb. İki həftə əvvəl itkin düşən ukraynalı fotoqraf və sənədli film rejissoru Maks Levin paytaxt Kiyev yaxınlığında ölü tapılıb.

Yenixeber.org: Bu barədə aprelin 2-də prezidentin köməkçisi Andrey Yermak bildirib.

"Maks Levin martın 13-də Kiyev vilayətində münaqişə zonasında itkin düşmüşdü. Onun meyiti aprelin 1-də Quta Mejihirska kəndi yaxınlığında tapılıb", - deyə, prezident köməkçisi "Telegram" paylaşımında qeyd edib.

Sərhədsiz Reportyorlar Təşkilatı isə məlumat yayaraq bildirib ki, Levin öldürülərkən silahsız, əynində mətbuat gödəkçəsi olub. Beləliklə o, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri öldürülən altıncı jurnalistdir.

"Jurnalistləri hədəfə almaq müharibə cinayətidir", - deyə, Parisdə yerləşən Media Nəzarəti Təşkilatı bildirib.

Ukrayna Baş Prokurorluğu isə qeyd edib ki, ilkin məlumatlara görə Levin Rusiya hərbçiləri tərəfindən iki dəfə atıcı silahdan atəşə tutulub.

Dörd uşaq atası olan 40 yaşlı Levin "Reuters", "BB" və "Associated Press" də daxil olmaqla bir çox Ukrayna və beynəlxalq media ilə işləyirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam