Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

RUSİYA "EDAM QRUPLARI" YARADIR? -Putin müharibədə Stalinin taktikasından istifadə etmək istəyir

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ukraynadakı döyüşlərdə yüzlərlə rus hərbçisinin əsir düşdüyünü, təslim olduğunu və ya döyüş meydanından qaçdığını görürük. Döyüşmək istəməyən hərbçilər Ukrayna əsgərləri ilə əlaqə quraraq ya könüllü təslim olurlar ya da fərarilik edirlər. Rəsmi məlumatlara görə, Ukraynada hazırda 562 hərbi əsir var.

Yenixeber.org: İddialara görə, ordudakı özbaşınalılqlara son qoymaq istəyən Putin, Ukraynada Stalinin İkinci Dünya Müharibəsindəki "edam qrupları" taktikasından istifadə etməyi planlaşdırır.

İngiltərənin “Daily Mail” nəşri xəbər verir ki, Vladimir Putin ordudakı neqativ halların qarşısını almaq üçün edam qruplarından ibarət hərbçiləri Ukraynaya göndərib. Məlumatda qeyd olunur ki, çeçen döyüşçülərə də rusların fərariliklərinin qarşısını almaq tapşırığı verilib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsində tətbiq edilən 227 saylı “Geriyə dönüş yoxdur!” sərancamına əsasən, bütün cəbhələrdə "edam qrupları" yaradılmışdı.

Bu qrupun əsas vəzifəsi döyüşmək istəməyən, əsir düşən, fərarilik edən və alman əsirliyindən sağ qurtulan əsgərləri öldürmək idi. İnternet resurlarındakı məlumatlara görə, sovet ordusunda 170 min nəfərlik cəza qrupları yaradılıb və onlar tərəfində 1942-1945-ci illər ərzində 422 mindən artıq hərbçi edam edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam