Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Edamdan əvvəl şallaqlandılar– İranda azyaşlılara qarşı qəddarlıq

ABŞ Dövlət Departamenti İranın Şiraz şəhərində iki 17 yaşlı yeniyetəmənin gizli şəkildə edam edilməsinə münasibət bildirib.

Yenixeber.org:  Departamentin sözçüsü Morqan Ortakus 17 yaşlı yeniyetmələr Mehdi Söhrabifər və Əmin Sədaqətin edam edilməsindən şoka düşdüklərini bildirib.

Morqan Ortakus İranın gizli şəkildə gerçəkləşdirilən bu cəzanın yenidən ölkədə azyaşlı uşaqların edam edilməsinə başlandığının göstəricisi olduğunu deyib.

Aprelin 29-da Beynəlxalq Əfv Təşkilatı İranın Şiraz şəhərində 2 azyaşlının gizli olaraq edam edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, 15 yaşlarında həbs edilmiş bu şəxslərin cəsədləri üzərində şallaq izləri aşkar olunub: “Bu onların asılmamışdan öncə şallaqlandığını göstərir”.

Məlumatda həmçinin dünya üzrə azyaşlı uşaqların ən çox İranda edam edildiyi vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam