Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

RUS ƏSGƏRLƏRİNİN YALANI İFŞA OLDU - Sənəd üzə çıxdı +FOTOLAR

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ukrayna ordusu tərəfindən əsir götürülən rus əsgərlərin necə yazıq, fağır, heçnədən xəbərsiz şəkildə imdad diləmələrinin şahidi oluruq. Yayılan görüntülərdə rus hərbçilər aldadılaraq təlim adıyla Ukraynaya gətirildiklərini və döyüşmək istəmədiklərini bildirirlər. Onların yalançı simalarına aldanan ukraynalılar isə rus əsgərlərə isti çay, yemək verir hətta valideynlərilə əlaqə qurmalarına belə şərait yaradırlar.

Yenixeber.org: Bugün Ukrayna mediasında yayılan sənəddən sonra rus hərbçilərin daha bir yalanı ifşa olunub. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin ələ keçirdiyi sənədə əsasən, günahsız kimi görünməyə çalışan məzlum rusların əslində əvvəlcədən hər şeydən xəbərdar olduqları ortaya çıxıb.

Ukrayna mətbuatı xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin əsir götürdüyü rus hərbçilərdən birinin üzərindən tapılan sənədin yuxarı hissəsində belə bir qeyd var:“Başqa dövlətlərin ərazisində döyüş tapşırıqlarının yerinə yetririlməsi”.

Bu yazının aşağısında isə Ukraynadakı döyüşlərdə iştirak edəcək rus əsgərlərin hər birinin ad, soyadları və imzaları var. Bir sözlə, bu sənəd rusların “təlim” adı verdikləri işğaldan əvvəlcədən məlumatlı olduqlarını göstərir.

Rus hərbçilərin olub-bitəndən xəbərsizmiş kimi davranmalarına gəlincə, yəqin ki, onlar Rusiya ordusunda öyrəndikləri “aktyorluq” bacarıqlarını bütün dünyaya nümayiş etdirməyə çalışırlar...(azpolitika)

Elvin Bəyməmmədli

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam