Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Zelenski satqınlara səsləndi:“12 min işğalçının dalınca…”

Prezident Vladimir Zelenski rus ordusu ilə əməkdaşlığa gedənlərə müraciət edərək deyib ki, onlar özlərinə ölüm hökmü imzalayırlar və “12 mindən çox işğalçının dalınca gedə bilərlər”:

Yenixeber.org: “Bəzi fəallara və qadın əməkdaşlara deyirəm, o şəxslərə ki, işğalçılarla əlaqədə olmaqdan belə çəkinmirlər… Demək istəyirəm ki, əğər kimsə birdən işğalçıların təkliflərinə tamah salsa… Siz özünüzə hökm çıxardırsınız. Niyə Ukraynaya təcavüz etmək lazım olmadığını vaxtında başa düşməyən 12 mindən artıq işğalçının dalınca göndərilmək hökmü!”

Bu xəbərdarlığa Melitopolda baş vermiş bəzi hadisələr səbəb olub. Şəhəri ələ keçirmiş rus ordusu orada dinc müqavimət tərəfdarı mer İvan Fyodorovu oğurlayıb. Bundan sonra müxalif “Oppoblok”dan yerli deputat Qalina Danilçenko əhaliyə videomüraciət yazıb. Müraciətdə şəhəri idarə etmək üçün “xalq nümayəndələri komitəsi” deyilən qurumun yaradıldığını elan edib və etirazçıları “ekstremist” adlandırıb: “İndi bizim əsas vəzifəmiz bütün mexanizmləri yeni gerçəkliyə uyğynlaşdırmaq və mümkün qədər tez yeni həyata başlamaqdır. Bizim bütün səylərimizə baxmayaraq, şəhərdə hələ elə adamlar var ki, sabitliyi pozmağa çalışırlar, sizi ekstremist əməllərə təhrik edirlər. Mən xahiş edirəm, bu təxribatlara uymayın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam