Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Saakaşvilinin hazırkı vəziyyəti belədir-AÇIQLAMA

 

           

             “Son məlumatlara əsasən, Mixeil Saakaşvilinin vəziyyəti sabit və qənaətbəxşdir”.

Yenixeber.org: Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze “İmedi” telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, keçmiş prezidentin müalicəsi davam etdirilir: “Onun aclıqdan sonra qidalanması bərpa edilir və simptomatik müalicəsi aparılır”.

R.Breqadze qeyd edib ki, Ədliyyə Nazirliyi M.Saakaşvilini müalicə edən tibbi heyətlə daimi əlaqə saxlayır.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam