Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Gürcüstanda kütləvi aksiya keçirilib-SƏBƏB

 

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” keçmiş prezident Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanasının yaxınlığında etiraz aksiyası keçirir. 

Yenixeber.org: Gürcüstan KİV-ləri xəbər verir ki, mitinqin əsas tələbi 37 gündür həbsdə olan və aclıq aksiyasını davam etdirən siyasətçinin özəl klinikaya köçürülməsidir. 

Müxalifət lideri Nika Meliya bəyan edibki, onların etirazı Saakaşvili xilas edilənə qədər davam edəcək. 

Rustavi həbsxanasının təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerinə xüsusi təyinatlılar və kriminal polis əməkdaşları səfərbər edilib, hasarlar quraşdırılıb. 

Daxili İşlər Nazirliyinin göstərişi ilə əvvəllər təşkilatçılar aksiyanı cəzaçəkmə müəssisəsinin divarlarından bir qədər uzaqda yerləşən yeni yerə köçürməli olublar. 

Qeyd edək ki, hakim “Gürcü arzusu” Saakaşvilinin aclıq aksiyasının “yalan” olduğunu və müxalifətin “dağıdıcı proqramı”nın tərkib hissəsi olduğunu iddia edir. Dünən ədliyyə naziri Rati Breqadze bəyan edib ki, keçmiş prezidentin vəziyyəti qənaətbəxşdir və onun bütün həyati kriteriyaları normaldır. Onun sözlərinə görə, Saakaşvili sıyıq və təbii şirələrdən istifadə edir, həmçinin həkimlərin təyin etdiyi dərmanları qəbul edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam