Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Saakaşvilinin durumu kritikdir-AÇIQLAMA

Gürcüstanın keçmiş prezident Mixail Saakaşvilinin həyat göstəricilərindən biri kritik səviyyəyə qədər enib.

Yenixeber.org: Bunun ardınca reanimotoloqların müdaxiləsinə ehtiyac yaranıb. Bu barədə jurnalistlərə siyasətçinin vəkili Dmitri Sadzaqlişvili deyib. Onun sözlərinə görə, müdaxilədən sonra göstəricilər sabitləşib. D.Sadzaqlişvili, həmçinin qeyd edib ki, o, hazırda aclıq aksiyasının elə mərhələsindədir ki, səhhəti istənilən vaxt pisləşə bilər: “Həbsxananın xəstəxanasında Saakaşvilinin müalicəsi üçün tələb olunan şərtlər yoxdur”.

Qeyd edək ki, artıq 25 gündür ki, Saakaşvili aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi sabiq prezidentin Tbilisidəki 18 saylı Qldansk həbsxanasına köçürülməsinə razıdır. Nazirlik sözügedən həbsxananın aclıq elan etmiş məhbuslar üçün əlverişli olduğunu iddia edir. Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər siyasətçinin çoxşaxəli mülki klinikaya köçürülməsində təkid edirlər. 

Xatırladaq ki, M.Saakaşvili sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstana gedib və oktyabrın 1-i Tbilisidə saxlanılıb. Gürcüstanda Saakaşvilinin adı bir neçə cinayət işində hallanır və hazırda Rustavi həbsxanasında saxlanılır. Eks-Prezident saxlanılmasını qeyri-qanuni, öz ünvanına olan ittihamları isə saxta hesab edir. O, saxlanıldığı gün aclıq elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam