Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İrəvan geri çəkildi: "Turan yolu" bu tarixdə işə başlayacaq - Türkiyə mətbuatından SENSASSİON İDDİA

“Türk dünyasını quru dəhlizi ilə birləşdirəcək Zəngəzur xətti rəsmən fəaliyyətə başlayır. Xəttin Zəngəzurdan keçən 37 kilometrlik hissəsində problem yaradan İrəvan geri çəkilərək sərhədlərin müəyyən edilməsi ilə dəhlizin açılmasını qəbul edib. “Turan yolu” da adlandırılan 165 kilometrlik dəhliz may ayında istifadəyə veriləcək. Magistral yolun açılışından sonra dəmir yolu da inşa olunacaq”.

Yenixeber.org: Bu barədə “Türkiyə” qəzeti yazıb.

“Qəzetimizə məlumat verən Azərbaycanın təhlükəsizlik mənbələri dəhlizlə bağlı qərarın 11 bənddən ibarət 10 noyabr bəyannaməsində yer aldığını, amma İrəvanın bir il ərzində prosesi sabotaj etdiyini bildirib:

“Atəşkəs danışıqlarında Zəngəzur dəhlizi də müzakirə bəndləri arasında yer alıb, onlar xəttin açılmasını rəsmən qəbul ediblər. Lazım olan yolun çəkilməsi və infrastrukturun qurulması ilə dəhliz may aylarında daşımalara başlayacaq”, - qəzet qeyd edib.

Nəşr bildirib ki, Ermənistan tərəfi Zəngəzurdan keçən yol və sərhədlərin dəqiqləşdirilməsi üçün komissiyanın yaradılması qərarını rəsmən qəbul edib: “Zəngəzurun 37 kilometrlik hissəsində təhlükəsizliyi rus hərbçiləri təmin edəcək.

Qəzet vurğulayıb ki, İrəvanın Zəngəzurda gömrük məntəqəsinin yaradılması ilə bağlı təkidli tələbi Azərbaycan tərəfindən rədd olunub:

“Bakı belə bir durumda oxşar addımı Laçında atmaq üçün tərəddüd etməyəcəyini diqqətə çatdırıb.

Ermənilərin Laçın və Kəlbəcər istiqamətindəki son təxribatları yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Avropa Birliyinin vasitəçiliyi ilə görüşəcək. Diplomatik mənbələr İrəvan və Bakının daha sonra Türkiyə ilə danışıqlar aparacağını bildirir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam