Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Zəngəzur dəhlizi: Azərbaycan nə istəyir, Ermənistan necə cavab verir? –AÇIQLAMA

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsilə bitməsindən sonra gündəmə gələn əsas məsələ Naxçıvan dəhlizi məsələsi oldu.
Yenixeber.org: Naxçıvan dəhlizi Azərbaycan, Türkiyə, həmçinin bölgədəki digər ölkələr üçün olduqca vacibdir. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz tarixi Azərbaycan torpağı olan Zəngəzur mahalından keçəcək. Həmin dəhliz bölgə ölkələri üçün də əsas fürsətlərdən biridir. Misal üçün, Türkiyə öz mallarını Orta Asiyaya bu yolla daha rahat şəkildə daşıya biləcək. Azərbaycanla Naxçıvan arasında avtomobil yolu olacaq. Region ölkələrinin beynəlxalq ticarət əlaqələri genişlənəcək. Eləcə də Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olacaq. Bu dəhliz Ermənistan üçün də əlverişlidir. Onlar nəqliyyat blokadasından çıxacaq, İran, Rusiya və digər ölkələrlə ticarət əlaqələrini böyüdəcək. Uzun illərdir buna alternativ olaraq Ermənistan İranla dəmir yolu çəkmək istəyir. Bu isə təxminən 3 milyard dollara başa gəlir. Bu səbəblə 20 ildən artıqdır aparılan müzakirələr heç bir nəticə vermir. Dağlıq, çətin relyefə malik ərazilərdən İran-Ermənistan dəmir yolunun çəkilməsi haradasa qeyri-mümkündür. Ancaq Naxçıvan ilə İran arasında artıq dəmiryol xətti var. Dəhliz açıldığı təqdirdə Ermənistan ondan istifadə edə biləcək. Ancaq Ermənistan dəhliz məsələsinə hələlik isti yanaşmır. Paşinyan sonuncu açıqlamasında buna icazə veməyəcəklərini deyib:

"Ermənistan hökuməti üçtərəfli əlaqələr  çərçivəsində 30 ildir davam edən Ermənistan blokadasını aşmaq üçün ciddi bir fürsət görür. Ancaq dəfələrlə bildirilib ki, 9 Noyabr 2020 və 11 yanvar bəyanatlarında Ermənistan üzərindən bir dəhlizdən söhbət getmir".
Ancaq 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyannamədə avtomobil yollarının açılması da nəzərdə tutulur. Bu barədə Prezident İlham Əliyev AzTv-yə müsahibəsində deyib:
"Onlar avtomobil yolunun çəkilişinə etiraz edir. Bu da 10 noyabr tarixində imzalanmış Bəyannaməyə ziddir. Çünki orada 9-cu maddədə göstərilir: yollar açılır - dəmir yolu, avtomobil yolları. Necə ola bilər dəmir yolu açılsın ki, Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə Naxçıvana gedə bilməyək? Belə şey olar? Belə şey ola bilməz”.
Ermənistan tərəfinin hazırda razılıq vermək istədiyi Zəngəzurdan keçməsi planlaşdırılan sadəcə dəmiryolu əlaqəsidir və həmin yolun keçdiyi əraziyə isə sadəcə özlərinin nəzarət etmələrini istəyirlər. Bununla bağlı politoloq Elxan Şahinoğlu bildirdi ki, dəhliz dedikdə hər kəsin qarşı tərəfin yoxlaması olmadan rahat şəkildə avtomobillə, qatarla və digər nəqliyyat vasitəsilə gedib-gələ bildiyi yol deməkdir:
“Ermənilər isə istəyir ki, nəqliyyat əlaqələrinin bərpası istiqamətində sadəcə dəmiryolu çəkilsin və həmin yola özləri nəzarət etsinlər”. 
Nəticə olaraq, Azərbaycan tərəfi öz tarixi torpaqları olan Zəngəzurda avtomobil və digər nəqliyyat vasitələrinin rahat şəkildə gedib-gələ biləcəyi bir dəhliz tələb edir, Ermənistan isə sadəcə dəmir yolunun çəkilməsi və ora ancaq özlərinin nəzarət etməsi fikrini irəli sürür. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam