Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Milyarder Mehrac Babayevin başına dərd olan oğlu Moskvada həbs edildi-FOTO

İş adamının övladı Ziya Babayev yerli və xarici medianın gündəminə qanunsuz əməlləri, qalmaqallı rəftarları ilə gəlib

Yenixeber.org: Moskvanın “Vnukovo” aeroportunda tanınmış azərbaycanlı iş adamı, tikinti maqnatı kimi tanınan Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb.  Ziya Babayevin Moskvaya gizli şəkildə 830 min manat dəyərində qızıl-zinət əşyaları keçirməyə cəhd etdiyi bildirilir. Xəbərdə qeyd olunur ki, Ziya Babayev İstanbuldan gəlirmiş və gömrük orqanlarından yayındırmaqla, özü ilə bahalı “Breguet” saatları, eləcə də “Tiffani” və “Dior” brendlərinə aid zinət əşyaları keçirmək istəyib. Lakin Rusiya gömrükçüləri buna imkan verməyiblər. Ziya Babayevin külli miqdarda gömrük rüsumunu ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunacağı gözlənilir. Hətta ona qarşı “strateji materialların qaçaqmalçılığı” maddəsilə cinayət işi açıla bilər. Belə ki, həmin zinət əşyaları arasında platin və titan materiallarından düzəldilənləri də olub. Rusiya qanunvericiliyinə görə isə bu növ qaçaqmalçılıq 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məlumat üçün bildirək ki, Mehrac Babayev ölkə prezidentinin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu hesab edilir. Jurnalistlər üçün tikilən məşhur binaları da onun şirkəti inşa edib. Baş Prokurorluğun həmin tikinti ilə bağlı apardığı araşdırma isə bu binaların inşası zamanı külli miqdarda yeyinti, korrupsiya hallarına yol verildiyini aşkar edib.

Ziya Babayev illərdir ki, qalmaqallı olayların mərkəzi fiquru kimi tanınmaqdadır. Ziya Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil aldığı barədə o vaxt məlumat yayılmışdı. Mərkəzin rəhbərinin də milliyyətcə azərbaycanlı Tamerlan Həsənov olduğu iddia edilirdi. O zaman Azərbaycan adı çəkilən şəxsi beynəlxalq axtarışa vermişdi. O, dövlət vəsaitinin mənimsənilməsində günahkar bilinirdi. Belə ki, Rəsul Quliyev “Azərneftyağ” Bakı Neftayırma Zavodunun direktoru vəzifəsində işləyərkən zavodun baş mühasibi Lebedeva Qalina Nikolayevna və Moskva şəhərində yaşayan həmyerlisi Tamerlan İbrahimoviç Həsənovla cinayət əlaqəsinə girib. Adları çəkilən şəxslər 1992-1993-cü illərdə saxta sənədlər tərtib edərək, zavodun Moskva Xarici İqtisadi Bankında olan valyuta hesabından 10 milyon ABŞ dolları məbləğində dövlət vəsaiti çıxarıblar.

Ziya Babayev

Ziya Babayevin atası, Rusiyada yaşayan məşhur tikinti maqnatı Mehrac Babayev isə “Verso-M” şirkətinin sahibidir. Ziya Babayevlə bağlı Rusiya mətbuatı birmənalı fikrə sahib deyil. Mətbuat Babayevin guya Uzaq Şərqdə dövlət sifarişli tikinti layihələrini reallaşdıran zaman tacik və özbək işçiləri qəpik-quruş qarşılığında pasportlarını əlindən alaraq, qul kimi işlətdiyini bildirib.

Xatırladaq ki, Ziya Babayev 2009-cu ilin noyabrında Cenevrə yollarında üç yoldaşı ilə bərabər maşın yarışı təşkil edib. Avtomagistralda sürət həddini aşan yoldaşlar (151 km/saat) sonradan qəzaya səbəb olublar. Ziya Babayevin “Lamborghini” markalı avtomobili “Volksvagen Golf” markalı avtomobillə toqquşub. Nəticədə 70 yaşlı alman təqaüdçü ağır xəsarət alıb. Ziya Babayev təqaüdçünün bütün xərclərini üzərinə götürərək, onun müalicəsinə yardım edib. Lakin indiyə qədər Z.Babayevin alman təqaüdçüyə ödədiyi maddi və mənəvi təzminatın məbləği açıqlanmır.

Babayevlə bərabər Cenevrə yollarında xuliqanlıq edən daha iki nəfər - AST şirkətlər qrupunun rəhbəri Telman İsmayılovun oğlanları Ələkbər və Sərxan hadisə baş verən gün İsveçrəni atalarına məxsus təyyarə ilə tərk ediblər və İstanbula uçaraq məsuliyyətdən yayınıblar. Hadisədə iştirak edən dördüncü şəxsin adı isə indiyə qədər müəyyən edilməyib. Lakin fərziyyələr var ki, o, kifayət qədər geniş imkanları olan rus milyarderin oğludur.

Cenevrədə baş verən qəza olayından sonra Mehrac Babayevin oğlunun vəkili Jak Briyonun sayəsində Z.Babayev polis nəzarətindən çıxmışdı. Rusiya mətbuatının məlumatına görə, Babayevin azadlıqda qalması üçün 100 min frank (95 min dollar) girov verilmişdi. Azadlığa buraxıldıqdan sonra keçən beş il ərzində Babayev daha iki dəfə sərxoş şəkildə “Bentley” markalı avtomobili idarə etdiyinə görə saxlanılıb. Gənc avtoş məhkəməyə özünün İsveçrədə avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən biznesi olduğunu bildirib. O, müntəzəm gəlirinin aylıq 30 min dollar, əmlakının isə 5 milyon dollar olduğunu deyib. Məhkəmə Babayevə İsveçrə ərazisində biznesini davam etdirməsinə və girov pulunu geri götürməsinə izn verib.

Ziya Babayevin Moskvada, Rusiya hüquq mühafizə orqanlarının cəngindən qurtaracağı da zamana bağlıdır. Mehrac Babayev ərköyün oğlu üçün bir ətək də pul xərcləməli olacağı da gizli deyil.

Yazıda adları çəkilən Mehrac və Ziya Babayevlərin mövqeyini dərc etməyə hazırıq.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam